Xavinin taleyinə aydınlıq gələcək

Xavinin taleyinə aydınlıq gələcək

Xavinin taleyinə aydınlıq gəlmək üzrədir. “Barselona” rəhbərliyi baş məşqçinin gələcəyini müzakirə etmək üçün bir araya gələcək.

Klub rəsmiləri cümə axşamı çalışdırıcının məsələsi üçüntoplanacaq. Səbəblərdən biri La Liqanın 16-cı turunda “Jirona”ya olan məğlubiyyətdir. “Barselona” turnir cədvəlində 3-cü yerdədir.

“Barselona”nın prezidenti Xoan Laporta açıq şəkildə Xaviyə dəstəyini ifadə etsə də, ispaniyalının yerinə potensial namizədlərin siyahısı olduğu bildirilir. Buraya “Barselona”nın ehtiyat məşqçisi Rafael Markes (qısamüddətli əvəzedici kimi), “Jirona”nın baş məşqçisi Mişel Sançes, “Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasil və “Bolonya”nın baş məşqçisi Tiaqo Motta daxildir.

ETOPAZ

Əvvəlki yazı

Türkiyədə bütün matçlar təxirə salındı

Növbəti yazı

“Nyukasl” Llorisi istəyir