Vitse-çempiondan əzmkar qələbə, Kanada qrupda qaldı

Vitse-çempiondan əzmkar qələbə, Kanada qrupda qaldı

DÇ-2022-nin qrup mərhələsi davam edir. F qrupunda II tura yekun vurulub.

Son mundialın vitse-çempionu Xorvatiya Kanada ilə qarşılaşıb. Alfonso Devis erkən qolla şimali amerikalıları hesabda önə çıxarıb. Onun 2-ci dəqiqədəki qolu Kanada yığmasının dünya çempionatlarındakı ilk qolu kimi tarixə düşüb.

Balkanlılar qoldan sonra irəli atılıb. Öncə Andrey Kramariç, ardınca Marko Livaya fasiləyədək xorvatları önə çıxarıb. İkinci hissədə də üstün oynayan avropalılar Andreyin dublunu rəsmiləşdirməsi ilə fərqi artırıb. Lovro Mayer uzatma dəqiqələrində komandasının dördüncü qoluna imza atıb – 4:1.

Ardıcıl ikinci məğlubiyyətini alan Kanada bununla da qrupdan çıxmaq şansını itirib. Böyükhesablı əzmkar qələbə ilə xal hesabını 4-ə çatdıran Xorvatiya qrupun lideri olub. Belçikanı 2:0 hesabı ilə məğlub edən Mərakeş eyni xalla 2-ci, “qırmızı iblislər” 3 xalla üçüncüdür.

Qeyd edək ki, F qrupunda sonuncu turun oyunları dekabrın 1-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

28 ildən sonra

Növbəti yazı

Messiyə MLS iddiası