“Vest Hem”də 4 ayrılıq

“Vest Hem”də 4 ayrılıq

“Vest Hem” dörd futbolçusu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə təmsilçisi müqaviləsi başa çatan bu oyunçularla yeni anlaşma imzalamayıb. Bunlar Andrey Yarmolenko, Mark Nobl, David Martin və Rayan Frederiksdir.

“Vest Hem”in kapitanı olan Nobl karyerasını başa vurub. O, 18 ildə 550 matça çıxıb və 62 qol vurub. Yarmolenko bu klubda 4 ildə 86 oyunda 13 qola imza atıb. Frederiks 2018-ci, Martin 2019-cu ildən Premyer Liqa klubunda forma geyinib.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”ın Paketa arzusu

Növbəti yazı

Çili millisində yeni çalışdırıcı