“Valensiya”dan “Atletiko”ya

“Valensiya”dan “Atletiko”ya

“Valensiya”nın futbolçusu Daniel Vass karyerasını “Atletiko”da davam etdirəcək. 32 yaşlı danimarkalı müdafiəçi bu gün tibbi müayinədən keçəcək.

Futbolçu Madrid təmsilçisi ilə 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Onun keçidi 2,5 milyon avroya reallaşacaq.

“Valensiya”nın özü də transferə hazırlaşır. İspaniya təmsilçisi Tanqi Ndombeleni heyətinə qatmaq niyyətindədir.

“Tottenhem”in yarımmüdafiəçisinin PSJ-yə keçidi gözlənilsə də, bu transfer baş tutmayıb. La Liqa klubu Ndombelenin transferi ilə bağlı danışıqlara da start verib.

ETOPAZ

Əvvəlki yazı

“Milan”da yeni hücumçu

Növbəti yazı

“Barselona” sponsorlarını dəyişir