“US Open”də 18 yaşlı 1/4 finalçı

“US Open”də 18 yaşlı 1/4 finalçı


“US Open”də 1/8 final mərhələsinin oyunlarına start verilib. İspaniyalı Karlos Alkaras Piter Qoyoviçə qalib gəlib – 5:7, 6:1, 5:7, 6:2, 6:0. 1/4 finala yüksələn 18 yaşlı tennisçi “US Open”də son 58 ilin rekorduna imza atıb. 1963-cü ildən sonra turnirin 1/4 finalında belə gənc olmayıb. “Böyük dəbilqə”lərdə isə sonuncu dəfə 1990-cı ildə Maykl Çanq belə gənc ikən 1/4 finala yüksəlib.
O, növbəti qarşılaşmada 21 yaşlı Feliks Oje-Alyassim ilə üz-üzə gələcək. Bu, 2006-cı ildən sonra “Böyük dəbilqə” turnirlərində 1/4 finalın ən gənc cütüdür. 15 il əvvəl “Rolan Qarros”da 20 yaşlı Rafael Nadal özündən bir yaş kiçik Novak Cokoviçə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Beyldən ikinci het-trik

Növbəti yazı

Qodinlə yeni müqavilə