Türkiyə Avstriya səddini adladı!

Türkiyə Avstriya səddini adladı!

AVRO-2024-də 1/8 final mərhələsinə yekun vurulub. Bu gün sonuncu 1/4 finalçı da müəyyənləşib.

Türkiyə Avstriya ilə qarşılaşıb. Görüş qardaş ölkə təmsilçilərinin üstünlüyü ilə başlayıb. Merih Demiral fərqlənib. Müdafiəçi ikinci hissədə dublunu rəsmiləşdirib. Avstriyanın gücü isə yalnız təsəlli qoluna çatıb. Mixael Qreqoritş adını tabloya yazdırıb – 1:2.

Türkiyə millisinin 1/4 finaldakı rəqibi Niderland yığması olacaq.

ETOPAZ

Əvvəlki yazı

Niderland 1/4 finalda

Növbəti yazı

1/4 finalın bütün cütləri bəlli oldu