“Turan Tovuz”dan ilk

“Turan Tovuz”dan ilk

“Turan Tovuz” tarixində ilkə imza atıb. Ayxan Abbasovun yetirmələri buna Azərbaycan Premyer Liqasının 1-ci turunda nail olub.

Tovuz təmsilçisi “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klubun tarixində Premyer Liqada səfərdəki ilk böyükhesablı qələbə olub.

Buna qədər qərblilər yalnız bir dəfə rəqib meydanında 3 qol vurub. Mayın 1-də “Zirə”ni 3:1 hesabı ilə yenən “Turan Tovuz” bu dəfə səfərdə qapısını da toxunulmaz saxlayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u Bakıdakı “Dalğa Arena”da qəbul edib.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında təmsilçilərimizin rəqibləri bəlli oldu

Növbəti yazı

“Kəpəz” 600-ə çatdı