“Turan Tovuz”dan əzmkar qələbə

“Turan Tovuz”dan əzmkar qələbə

Azərbaycan Premyer Liqasında XXX tur davam edir. İkinci oyun günü Qəbələdə start götürüb.

Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edib. İlk yarısı qolsuz başa çatan matçın fasiləsindən sonra üç top vurulub.

Meydan sahibləri Əyyub Allaşın qolu ilə hesabda önə keçiblər. Matçın sonlarında Aleks Souza və Belajdi Pusinin qolları “Turan Tovuz”a əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Dovbik bombardirlik siyahısında zirvədə

Növbəti yazı

“Neftçi” 3 xalı 3 qolla qazandı