Tsitsipas Alkarasa çatdı

Tsitsipas Alkarasa çatdı

Stefanos Tsitsipas Stokholm turnirində finala yüksəlib. Dünyanın beşinci raketkası yarımfinalda Emil Ruusuvuoriyə qalıb gəlib – 6:2, 6:2.

Tsitsipas mövsümdə 7-ci dəfə finala yüksəlməklə Karlos Alkarasın liderliyinə şərik çıxıb. Ümumilikdə isə yunan tennisçi 23 finala vəsiqə qazanıb.

İki həftə əvvəl Astanada həlledici görüşü Novak Cokoviçə uduzan yunan tennisçi ardıcıl ikinci yarışda final oynayacaq. O, mövsümdə 7-ci dəfə titulun bir addımlığındadır.

ETOPAZ

Əvvəlki yazı

“Boston”dan 13 ilin ən yaxşı startı

Növbəti yazı

Varanın durumu qeyri-müəyyəndir