Trippyer “Nyukasl”da

Trippyer “Nyukasl”da

“Atletiko”nun futbolçusu Kiran Trippyerin “Nyukasl”a keçidi rəsmiləşib. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi 32 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatıb. İngiltərə millisinin üzvü ilə 2,5 illik müqavilə imzalanıb. Bununla ölkəsində “Mançester Siti”, “Barnsli”, “Bernli” və “Tottenhem” kimi klubların formasını geyinmiş Trippyer iki il yarımlıq fasilədən sonra Premyer Liqaya qayıdıb. Bu keçid “Nyukasl”a 14,3 milyon avroya başa gəlib.

ETOPAZ

Əvvəlki yazı

Lionel Messiyə istirahət təklifi

Növbəti yazı

XXI əsrin bombardirləri