“Trabzonspor”dan rekord

“Trabzonspor”dan rekord

Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb. Bu nailiyyətə “Trabzonspor” imza atıb. 

Trabzonlular mövsümün ilk dövrəsində ən çox xal toplayan komanda olublar. 2021/22 mövsümünün ilk dövrəsinin qalibi 46 xala malikdir. Super Liqa tarixində heç bir komanda ilk yarıda bu qədər xal yığmayıb.

“Trabzonspor”  “Fənərbaxça”ya məxsus rekordu qırıb. İstanbul klubu 2005/2006 mövsümündə ilk dövrəni 45 xalla başa vurub.

ETOPAZ

Əvvəlki yazı

“Klippers” hücumçusunu itirdi

Növbəti yazı

Kavaniyə cəlbedici təklif