“Tottenhem”dən yeni transfer

“Tottenhem”dən yeni transfer

“Tottenhem” heyətinə yeni futbolçu qatıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi Arçi Qreylə müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçi “Lids”dən transfer olunub. Onunla anlaşma 2030-cü ilin yayına qədər nəzərdə tutulub. Paytaxt klubu transfer üçün 41 milyon avro ödəyib.

Qeyd edək ki, ötən mövsümdə 52 oyun keçirən Qrey Çempionşipin ən yaxşı gənc futbolçusu seçilib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 03.07.2024

Növbəti yazı

“Empoli”nin baş məşqçisi bəlli oldu