Tonalini 12 aya qədər cəza gözləyir

Tonalini 12 aya qədər cəza gözləyir

“Nyukasl” ciddi itki ilə üz-üzədir. Komandanın yarımmüdafiəçisi Sandro Tonali diskvalifikasiya olunmağa yaxındır.

Futbolçu qanunsuz mərc oyunlarında günahkar olduğunu etiraf edib. O, özü prokurorluğa gəlib və üç saatlıq dindirmə zamanı hər şeyi danışıb.

İtaliyalı həmçinin “Milan”da çıxış etdiyi vaxtlarda mərc etdiyini açıqlayıb. Lakin yalnız qələbələrə və meydana çıxmadığı oyunlara pul qoyuluşu etdiyini söyləyib.

İtaliyada idmançıların öz sahəsinə mərc oynaması qadağandır. Tonalini 12 aya qədər diskvalifikasiya gözləyir.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” Alvaresi istəyir

Növbəti yazı

Keyn “Uembli” rekorduna imza atdı