Tibo Kurtua: “Biz robot deyilik”

Tibo Kurtua: “Biz robot deyilik”

Belçika millisinin və İspaniya “Real”ının qapıçısı Tibo Kurtua FİFA və UEFA-nı tənqid edib. Təcrübəli qapıçı təqvimin sıx olmasından ciddi narazılığını bildirib: “Gələn il bizi noyabrdakı dünya çempionatı gözləyir. Sonra iyuna qədər klublarda oynamalıyıq. Zədələr olacaq. Futbolçuları heç kim düşünmür. İyuna Millətlər Liqasının daha 4 oyunu əlavə ediləcək. Ardınca iki həftəlik məzuniyyət olacaq. Bu, futbolçuların 12 ay yüksək səviyyədə oynaması üçün azdır. Əgər biz danışmasaq, hər şey belə qalacaq. FİFA və UEFA Superliqaya qarşı çıxır, amma onlar da eyni şeyi edir. Oyunları, turnirləri, Konfrans Liqası və ya necə adlanırsa, onu əlavə edirlər. Superliqaya getmək istəyən klublara qəzəblənə bilərlər, amma özləri də oyunçular deyil, ciblərini düşünürlər. İndi də dünya və Avropa çempionatlarının iki ildən bir keçirilməsindən danışılır. Bəs biz nə vaxt istirahət edəcəyik? Heç vaxt. Nəticədə futbolçuların zədələri artacaq. Biz robot deyilik. Daha çox oyunumuz, az istirahətimiz olur. Amma heç kimin vecinə deyil”.

ETOPAZ

Əvvəlki yazı

Milton “Bruklin”ə qarşı oynamayacaq

Növbəti yazı

Rekordun iki addımlığında