Sürpriz kupon – 30.10.2021

Sürpriz kupon – 30.10.2021

“Barselona” – “Alaves” – ÜST 2.5

Ötən tur məğlubiyyətdən sonra Ronald Kumanla yollarını ayıran “Barselona” yeni baş məşqçi Xavinin rəhbərliyi altında ilk oyuna çıxacaq. Kataloniyalılar son 5 ildə “Alaves”ə uduzmayıb. Yeni məşqçinin gəlişindən sonra futbolçuların ilk oyunda qələbə qazanmağa çalışacağını düşünürəm. Fikrimcə bu oyunda da ən azı 3 qol izləyəcəyik.

“Tottenhem” – ”Mançester Yunayted” – 2

Bu oyunda aşkar favorit yoxdu. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan London və Mançester klublarının arasında fərq 1 xaldı.  “Liverpul”a ağır məğlubiyyətdən sonra özünə gəlməyə çalışan Sulşerin komandası bəraət üçün mütləq qələbə qazanmalıdı. Adətən “Tottenhem”lə səfər matçlarında yaxşı təsir bağışlayan “qırmızı şeytanlar”ın qələbə qazanacağını düşünürəm.

“Borussiya Dortmund” – “Köln” – 1 

Bu komandaların matçları son 6 ildə məhsuldar nəticə ilə yekunlaşıb. “Köln” adətən Dortmun klubuna qarşı inamlı təsir bağışlayır və çox vaxt meydanı qolsuz tərk etmir. 9 oyuna 25 qol vuran “Borussiya”nın bu dəfə də asan qələbə qazanacağını düşünürəm. 

“Barselona” – “Alaves” – ÜST – [nowbetnow-dynamic dyn_code=760]

“Tottenhem” – “Mançester Yunayted” – 2 – [nowbetnow-dynamic dyn_code=761]

 “Borussiya Dortmund” – “Köln” – 1 – [nowbetnow-dynamic dyn_code=762]

CƏMİ: 4.70

Sənan Şəfizadədən ən son “Sürpriz Kupon”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 30.10.2021

Növbəti yazı

20 mini fəth etdi