Sürpriz kupon – 25.07.2022

Sürpriz kupon – 25.07.2022

“Soqndal” – “Stabek” – 3,5 ALT

Turun sürpriz nəticələrindən biri bu oyunun gözlənilən əksinə, məhsuldar keçməməsi ola bilər. “Soqndal” son 2 oyunda 7, “Stabek” isə son 5 matçda 18 qol vursa da, bu dəfə statistikaya aldanmaq istəmirəm. 2,5 alt risklidir, amma 3,5 alt variantına inanmaq olar.

“Norçepinq” – “Göteborq” – QOL/QOL

“Norçepinq”in son 4 oyunu 2,5 alt bitib. Amma bundan daha çox öz aralarındakı oyunların tarixçəsini əsas görürdüm. Tərəflərin son 5 duelinin hamısında qarşılıqlı qollar qeydə alınıb. Fikrimcə, bu dəfə də elə olacaq.

“Trelloborq” – “Skovde” – 2,5 ÜST

14 turda komandalardan biri 21, digəri 22 qol vurub. Məhsuldar hücum xətləri var. Ona görə 2,5 üst variantını daha real sayıram.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 25.07.2022

Növbəti yazı

“Yuventus” Poqbanı itirdi