Sürpriz kupon – 24.05.2024

Sürpriz kupon – 24.05.2024

Austriya Vyana – Hartberq 1

Avstriyanı UEFA Konfrans Liqasında təmsil edəcək komanda bu oyunun nəticəsinə əsasən müəyyənləşəcək. “Austriya Vyana” “Hartberq”lə, Konfrans Liqasına vəsiqə uğrunda final matçını da məhz “Austriya” qazanacaq.

Jirona – Qranada – QOL/QOL

Nəticənin tərəflər üçün əhəmiyyətsiz olduğu bu son tur qarşılaşmasında bol qol olacağını düşünürəm. La Liqanı tərk etməsi rəsmiləşən “Qranada” son oyununda La Liqanın liderlərindən birinə azı bir qol vurmaqla sürpriz edə bilər.

Əl Vahda – Xor Fakkan 3,5 ÜST

BƏƏ yüksək liqasında sona 2 tur qalır və bu komandaların çempionatda artıq heç bir hədəfi qalmayıb. Adətən belə oyunlar “vur-vurum”la keçir, xüsusən də söhbətin məhsuldarlığı ilə seçilən BƏƏ liqasından getdiyini nəzərə alsaq…

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 24.05.2024

Növbəti yazı

İtaliyanın heyəti bəlli oldu