Sürpriz kupon – 19.01.2024

Sürpriz kupon – 19.01.2024

Ekselsior Rotterdam – Herenven 2

Qonaqların qələbəyə çox ehtiyacı var. Qazanılan 3 xal “Herenven”i avrokuboklara vəsiqə verəcək yerlərə yüksəldə bilər. Digər tərəfdən “Ekselsior” evdə heç vaxt inamlı təsir bağışlamır. Son illər evdə oynadığı beş matçdan üçündə “Herenven”ə məğlub olub. Fikrimcə bu matçda “Herenven” səfərdə oynamasına baxmayaraq qələbə qazanacaq.

Vyetnam – İndoneziya 1

İlk turda məğlub olan komandalar üçüncü yer uğrunda mübarizə aparacaq. Son 8 ildə İndoneziya futbolçuları Vyetnama qalib gələ billməyib. Vyetnam seçməsinin ilk turda Yaponiyaya məğlub olmasına baxmayaraq əzmkar mübarizə aparmasını unutmayaq (2-4). Bu matçda birincilərin qalib gələcəyini fikirləşirəm – 1.80 əmsal kifayət qədər yaxşıdı.

Honq Konq – İran QOL/QOL

İlk turda Fələstinə 4-1 hesabıyla qalib gələn İran millisi indi Honq Konqla qarşılaşır. Honq Konq ümumiyyətlə turnirin zəif komandalarından sayılır. İran qələbə qazanacağına şübhə etmirəm. Sadəcə risk edərək sürpriz kuponda yüksək əmsalı olan qol-qol seçiminin üzərində dayanıram. Honq Konqun 1 qol vuracağına ümid bəsləyirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 19.01.2024

Növbəti yazı

“Real” Benzemanı istəmir