Sürpriz kupon – 09.11.2021

Sürpriz kupon – 09.11.2021

“Şapekoense” – “Flamenqo” – ÜST2.5

“Şapekoense” “Flamenqo” ilə son altı oyunun dördündə meydanı qolsuz tərk etməyib. Evdə daha rahat çıxış edən meydan sahiblərinin itirəcəyi heç bir şey yoxdu. Ona görə açıq futbol oynayacaqlarını düşünürəm. Çempionatın ən çox qol vuran komandası “Flamenqo” ən çox qol buraxan “Şapekoense” ilə matçda məhsuldar nəticə qeydə alınacağını düşünürəm.

“Tenerife” – “Jerona” – 1

İspaniya ikinci La Liqasında “Tenerife”-“Jirona” görüşündə meydan sahibləri favorit hesab edilir. “Tenerife” 24 xalla 6-cı pillədə yer alıb. Qonaqlar isə 18 xalla 13-cü sıradadır. “Tenerife” keçirdiyi 14 görüşdə 19 qol vurub. Doğma meydanda son iki görüşdə qələbə qazanan “Tenerife” futbolçuları həm də qapısını toxunulmaz saxlamağı bacarıb.

“Aldosivi” – “Boka Xuniors” – ÜST2.5

Argentina çempionatında bu komandaların duelində nadir hallarda matç başladığı hesabla yekunlaşır. Maradonanın sabiq komandası səfərdə “Aldosivi”yə qarşı favorit olduğunu məhsuldar nəticə ilə sübut edir. Son iki oyunu nəzərə almasaq “Boka Xuniors” rəqibə qarşı çox amansız olur. Məhz buna görə risk edərək ÜST seçimini edirəm.

“Şapekoense” – “Flamenqo” – ÜST2.5 – 1.74

“Tenerife” – “Jerona” – 1 – 1.86

“Aldosivi” – “Boka Xuniors” – ÜST2.5 – 2.15

CƏMİ: 6.95

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 09.11.2021

Növbəti yazı

“Nyukasl”ın hədəfindəki müdafiəçi