Sürpriz kupon – 09.06.2023

Sürpriz kupon – 09.06.2023

“Viborq” – “Midtülland” 2
Danimarka çempionatından Konfrans Liqasına 3-cü vəsiqənin taleyi bu komandalar arasında oyunda müəyyənləşəcək.
“Viborq” yaxşı mövsüm keçirərək ilk “altılıq”da 4-cü yeri tutub.
“Midtülland” isə ikinci “altılıq”da lider olub. “Midtülland” bu mövsüm səfərdə “Viborq”u böyük hesabla məğlub edə bilib. Bu dəfə qələbə çətin görünür, amma risk etmək olar.

“Şelburn” – “Slayqo Rovers” 1
“Şelburn” turnir cədvəlində 5-ci, “Slayqo Rovers” isə 7-ci yeri tutur. Amma komandalar arasında 7 xal fərq var.
“Şelburn” son 3 oyundan ikisini heç-heçə edib, birində qalib gəlib. “Slayqo” isə son iki turda meydanı xalsız tərk edib.
Meydan sahibləri qələbəyə daha şanslı görünürlər.

“Barrakas” – “Rosario” 2
“Rosario” 33 xalla Argentina liqasında 5-ci yeri tutur. “Barrakas” 28 komanda arasında 18-ci pillədədir.
“Rosario” son oyunda “Barrakas” üzərində öz meydanında 3:1 hesabı ilə qələbə qazanmışdı.
“Roario” bu dəfə səfərdən də qələbə ilə dönə bilər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 09.06.2023

Növbəti yazı

“Milan”ın transfer planı