Sürpriz kupon – 08.08.2023
“Rakuv” – “Aris” ÜST 2.5
Iki oyunda BATE-yə 11 qol vuran “Aris” çətin ki, bu məhsuldarlıq performansını Polşa çempionuna qarşı da davam etdirsin. Bununla belə, “Qarabağ” ilk matçda 3 qol vuran polşalılarla dueldə də az qol görməyəcəyimizi düşünürəm.
“Astana” – “Ludeqorets” 2
ÇL-də Mahir Emrelinin “Dinamo Zaqreb”indən 6 qol buraxıb, 1 qol da vurmayan “Astana” avrokubokların təcrübəli döyüşçüsü “Ludeqorets”lə oyunda da favorit deyil. Qonaqlar Qazaxıstan səfərindən qələbə ilə qayıtsalar təəccüblənmərəm.
“Ki Klasvik” – “Mölde” YOX/QOL
Cari avrokubok mövsümünün ən böyük sensasiyası olan Farer adaları klubu Norveç çempionunu da əzib keçsə təəccüblənmərəm. “Ki Klasvik” “Ferentsvaroş” və “Haken”lə duellərin ilk oyunlarını evdə 0:0 bitirmişdi. Bu qarşılaşmadan da çox qol gözləmirəm və hər iki komandanın fərqlənəcəyinə inanmıram.