Sürpriz kupon – 02.08.2023

Sürpriz kupon – 02.08.2023

Haken – Ki Klasvik Fora Haken (-1)

Farer adaları təmsilçisi cari ÇL-də artıq 3 sensasiyaya imza atıb. “Ki Klasvik” “Ferentsvaroş”la evdə 0:0 heç-heçə edəndən sonra səfərdə 3:0 hesablı qələbə qazanıb, “Haken”lə də ilk matçda 0:0 oynayıb. İndi çoxları ada təmsilçisindən daha bir sensasiya gözləsə də, İsveç çempionunun öz meydanında gücünü göstərəcəyini düşünürəm.

Makkabi Hayfa – Şerif Komandanın qol cəmi Makkabi Hayfa ÜST 1.5

“Makkabi” ilk matçda minimal hesabla məğlub olsa da, cütün favoritidir. İsrail təmsilçisi evdə xüsusən güclü olur. Bu qarşılaşmada onlara növbəti mərhələyə keçmək üçün ən azı 2 qol vurub, öz qapısının toxunulmazlığını qorumaq lazımdı. Komandanın bu vəzifənin öhdəsindən əsas vaxtda gələcəyini güman etmək olar.

Genk – Servett QOL/QOL
Ilk matçdakı heç-heçədən sonra “Genk”in növbəti mərhələ şansları yetərincə yüksəkdir. Amma qonaqlar da asan təslim olacaq rəqib deyil. Bu matçda qarşılıqlı qollar gözləmək olar.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 02.08.2023

Növbəti yazı

“Neftçi”də yeni hücumçu