Sürpriz kupon – 01.08.2023

Sürpriz kupon – 01.08.2023

“Panatinaikos” – “Dnipro 1” QOL/QOL

Ukraynalılar ilk oyunda son dəqiqə vurduqları qolla mərhələ keçmək üçün kiçik də olsa ümid işığı yandırdı. Bu qarşılaşmanın qollu keçəcəyini və hər iki komandanın fərqlənəcəyini proqnozlaşdırmaq olar.

“Olimpiya” – “Ludoqorets” 1
Çoxları cütün favoriti kimi Bolqarıstan klubunu qeyd edirlər. Amma ilk oyunda bərabərlik qeydə alınıb. Lyublyanada azarkeşlərin fantastik dəstəyi ilə “Olimpiya” matçı öz xeyirinə çevirə bilər.

“Buduçnos” – “Struqa” ALT 2,5
Makedoniya təmsilçisi “Struqa” öz meydanında minimal hesabla qalib gəlib. Cavab görüşü də gərgin keçəcək. Çox qol olacağı inandırıcı görünmür.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 01.08.2023

Növbəti yazı

“Çelsi” 3 futbolçunu istəyir