Superliqa üçün yeni layihə

Superliqa üçün yeni layihə

Superliqa təşəbbüsü uğursuzluğa düçar olan “Real”, “Barselona” və “Yuventus” Avropa futboluna yenilik gətirmək sevdasından əl çəkmir. ”Üçlük” yeni layihə ilə çıxış etmir.

UEFA bayrağı altında keçirilən Çempionla Liqasından uzaqlaşmaq istəyən nəhənglər buna bənzər yeni turnir planlaşdırır. Burada Avropanın 60-80 komandası oynayacaq. Onlardan heç birinin yeri daimi olmayacaq. Klublar divizionlar üzrə mübarizə aparacaq. Hər iştirakçı mövsümdə azı 14 görüşə çıxacaq.

“Real”, “Barselona” və “Yuventus”un rəhbərləri 50-dən artıq klubla əlaqə saxlayaraq danışıqlar aparıb. Danışıqların nəticəsi və yarışın dəqiq formatı açıqlanmır. “Üçlük” detalları sirr kimi saxlamaq niyyətindədir.

ETOPAZ

Əvvəlki yazı

Fati İngiltərə nəhənginin hədəfində

Növbəti yazı

Ronaldo pokerə imza atdı