Superkubokda yeni qayda

Superkubokda yeni qayda

İspaniya Krallığı Futbol Federasiyası ölkə Superkuboku finalının qaydaları ilə bağlı dəyişiklik edib. Belə ki, həlledici oyunda əlavə vaxt ləğv olunub.

Federasiyanın komissiyası yarış qaydalarının dəyişikliyi ilə bağlı təklifi qəbul edib. Bunda sonra final matçı heç-heçə yekunlaşarsa, birbaşa penalti zərbələri yerinə yetiriləcək.

Qeyd edək ki, İspaniya Superkuboku 2019/2020 mövsümdən 4 komandanın iştirakı ilə keçirilib. Son qalib “Real” olub.

ETOPAZ

Əvvəlki yazı

Abbas Hüseynov: “Qələbə qazanacağımıza inanıram”

Növbəti yazı

Fransadan inamlı qələbə, İngiltərə Yunanıstana məğlub oldu