“Sumqayıt” mövsümdə ilk qələbəsini qazandı

“Sumqayıt” mövsümdə ilk qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma baş tutub.

“Kəpəz” “Sumqayıt”ı qəbul edib. Görüş qarşılıqlı hücumlarla keçib. 84-cü dəqiqədə qonaqlar azlıqda qalıb. Vüqar Mustafayev ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Lakin “Sumqayıt” son dəqiqələrdə kapitan Vurğun Hüseynovun qolu ilə mövsümdə ilk qələbəsini qazanıb – 1:0.

“Zirə” isə “Turan Tovuz”la üz-üzə gəlib. Qəsəbə təmsilçisi oyuna fəal başlayıb. Lakin ilk hissədə hesab açılmayıb. İkinci yarının ortalarında Filipe Paxtman komandasını önə çıxarıb. Ardınca qərblilərin qolkiperi Kamal Bayramov avtoqol müəllifi olub. “Turan Tovuz”un gücü təsəlli qoluna çatıb. Ayxan Quseynov fərqlənib – 1:2.

ETOPAZ

Əvvəlki yazı

Meleyə İtaliya nəhəngi müştəri oldu

Növbəti yazı

Jirudan mütləq rekord