Son yarımfinalçılar da bəlli oldu

Son yarımfinalçılar da bəlli oldu

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Son oyun günündə daha 2 qarşılaşma baş tutub.

“Turan Tovuz” “Kəpəz”i qəbul edib. Məhsuldar keçən matçda 4 qol qeydə alınıb. Bunların hamısı birinci hissədə vurulub. Komandalar hərəyə 2 dəfə fərqlənib. İlk görüşdə 2:1 hesabı ilə qələbə qazanan tovuzlular yarımfinala vəsiqə qazanıb.

Mərhələnin son oyununda “Neftçi” “Zirə” ilə üz-üzə gəlib. Bu qarşılaşmada da 4 qol vurulub. “Ağ-qaralar” 3:1 hesablı qələbə qazanaraq yarımfinalda “Turan Tovuz”un rəqibi olub.

ETOPAZ

Əvvəlki yazı

Kosta “Mançester Yunayted”in maraq dairəsində

Növbəti yazı

Ardıcıl 7-ci qələbə: Çempion darmadağın edildi