“San-Antonio”nun tarixində ilk

“San-Antonio”nun tarixində ilk

Dedjonte Mürrey “San-Antonio”nun tarixinə düşüb. O, bir oyunda 20 xal, 10 ribaund və 15 ötürmə səddini fəth edən ilk oyunçudur.

Mürrey bu uğura “Leykers”lə görüşdə imza atıb. O, 21 xal, 12 ribaund və 15 məhsuldar ötürmə ilə fərqlənib. “Spers”in tarixində minimum “20+10+15”i gerçəkləşdirən basketbolçu olmamışdı.

Lakin onun belə uğurlu oyunu komandasına kömək etməyib. “San-Antonio” “Leykers”lə görüşdə 121:125 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Ten Haqa 13 milyonluq təklif

Növbəti yazı

İtaliyada 62 transferlə bağlı araşdırma