“San-Antonio”da vida

“San-Antonio”da vida


Hücumçu Çendler Hatçinson azad agent olacaq. 25 yaşlı basketbolçu “San-Antonio” ilə vidalaşacaq. Klub rəhbərliyi növbəti mövsüm üçün 4 milyon dollarlıq müqaviləsi olan oyunçu ilə yollarını ayırmağa qərar verib. “Spers” bu yay basketbolçu dəyişikliyindən sonra heyətinə qatdığı Hatçinsonu saxlamağa ehtiyac duymayıb.
Çendler 2018-ci ilin draftında “Çikaqo” tərəfindən 22-ci nömrə altında seçilib. O, ötən mövsümü “Vaşinqton”da bitirib. Hücumçu burada keçirdiyi 18 oyunda orta hesabla 5,2 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Salahdan 500 minlik tələb

Növbəti yazı

“Yuventus”un futbolçusu İngiltərə klubunun hədəfində