“Şamaxı” Premyer Liqada sonuncu oldu

“Şamaxı” Premyer Liqada sonuncu oldu

Azərbaycan Premyer Liqasında sonuncu yerin sahibi müəyyənləşib. Bu, 36-cı turun ilk günündə bəlli olub.

Çempionatın autsayderləri “Səbail” və “Şamaxı” sonuncu turda qarşılaşıb. Günün son matçının taleyini bir qol həll edib.

Franko Mazurekin qolu “Səbail”ə üç xal qazandırıb. Bakı klubu son sıradakı rəqibi ilə xal fərqini nəinki qoruyub, hətta artırıb.

Bununla da “Şamaxı” sonuncu yeri tutub. Bölgə təmsilçisi əsasnaməyə görə I diviziona yuvarlanıb. Lakin Premyer Liqada komanda sayının dəyişdirilməsi ehtimalı olduğundan şamaxılılar elitada qala da bilər.

1Qarabağ35276288-2487
2Sabah35256475-2381
3Neftçi35198862-3865
4Qəbələ3613111247-4750
5Zirə3613111245-4650
6Turan Tovuz351091635-4639
7Sumqayıt36872126-7031
8Kəpəz366131734-6231
9Səbail36782132-6229
10Şamaxı364131926-5225

Bombardirlər:

Ramil Şeydayev (“Qarabağ”) – 22 qol
Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Emin Mahmudov (“Neftçi”) – 16 qol
Aleksey Kaşuk (“Sabah”) – 16 qol

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ” avrokuboklarda

Növbəti yazı

PSJ Fransa çempionu oldu