Salahdan yeni rekord

Salahdan yeni rekord

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah Premyer Liqada yeni rekorda imza atıb. O, sol ayağı ilə ən çox qol vuran futbolçu adına yiyələnib.

Afrikalı forvard 31-ci turun “Lids”lə səfər görüşündə (6:1) iki qol vurub. Məhəmməd hər iki topu sol ayağı ilə rəqib qapısından keçirib.

O, bununla da Premyer Liqadakı belə qollarının sayı 107-yə çatdırıb. Misirli bunadək şərik olduğu Robbi Faulerin rekordunu arxada qoyub.

1. Məhəmməd Salah – 107

2. Robbi Fauler – 105

3. Robin van Persi – 94

4. Rayan Giqqz – 83

5. Riyad Mahrez – 65

6. Romelu Lukaku – 60

7. Olivye Jiru – 50

8. David Silva – 49

9. Daniel Starric – 47

10. Luis Saa – 46

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 20.04.2023

Növbəti yazı

“Bavariya” Deyvisi komandada saxlayacaq