Salah ÇL tarixinə düşdü

Salah ÇL tarixinə düşdü

“Liverpul” Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda “İnter”ə 2 cavabsız qolla qalib gəlib. Qollardan birinə imza atan Məhəmməd Salah mersisaydlıların heyətindəki 50-ci ÇL görüşündə 33-cü dəfə fərqlənib.

Misirli forvard eyni klubun heyətində ilk 50 matçında ən çox qol vuran 3-cü futbolçu kimi tarixə düşüb. Yalnız iki oyunçu daha məhsuldar olub.

Kriştiano Ronaldo “Real”la ilk 50 qarşılaşmasında 51 qola imza atıb. “Bavariya”da eyni sayda matçda 36 qol vuran Robert Levandovski ikincidir.

ETOPAZ

Əvvəlki yazı

Abdullah Zubir: “Təcrübəli rəqiblə qarşılaşmaq üçün gəlmişik”

Növbəti yazı

“Bavariya”dan yeni rekord