Sakkaridən yüksəliş, Şventek liderdir

Sakkaridən yüksəliş, Şventek liderdir

WTA-nın həftəlik reytinqi siyahısı açıqlanıb. Siyahıda lider dəyişməyib.

İqa Şventek bütün qadın tennisçilər üçün əlçatmaz olaraq qalıb. İkinci pilləni Barbora Kreyçikova tutur.

Üçüncü yerin sahibi isə dəyişib. Mariya Sakkari Paula Badosanı geridə qoyaraq dünyanın üçüncü raketkası olub.

WTA reytinq siyahısı:

1 (1). İqa Şventek (Polşa) – 7061
2 (2). Barbora Kreyçikova (Çexiya) – 4911
3 (4). Mariya Sakkari (Yunanıstan) – 4726
4 (3). Paula Badosa (İspaniya) – 4545
5 (5). Anett Kontaveyt (Estoniya) – 4446
6 (6). Ons Jaber (Tunis) – 4380
7 (7). Arina Sobolenko (Belarus) – 3966
8 (8). Karolina Plişkova (Çexiya) – 3678
9 (9). Daniel Kollins (ABŞ) – 3315
10 (10). Qarbinye Muquruza (İspaniya) – 3060

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”in hədəfindəki qapıçı

Növbəti yazı

“Mançester Siti”dən 8-ci çempionluq