Sabiq “Çelsi”li hədələndi

Sabiq “Çelsi”li hədələndi

“Çelsi”nin keçmiş idman direktoru Marina Qranovskaya 300 min funt-sterlinq transfer haqqı ilə hədələnib. Britaniya polisi adı açıqlanmayan tanınmış futbol agentinin Qranovskayaya təhdid məktubları göndərdiyini açıqlayıb.

Həmin menecer sabiq futbol funksionerindən müştərilərindən birinin transferi üçün məbləğin ödənilməsini tələb edib. Həmin şəxs hətta bir neçə dəfə elektron məktub yazaraq, ona hədə-qorxu gəlib. Qranovskaya şantajla bağlı polisə şikayət edib və hazırda məsələ araşdırılır.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.10.2022

Növbəti yazı

“Barselona” və “Atletiko” Qrizmann məsələsini həll etdi