“Sabah”ın iştirak ərizəsi açıqlandı

“Sabah”ın iştirak ərizəsi açıqlandı

“Sabah” basketbol klubu Avropa kubokunda qrup mərhələsinə start verəcək. Ölkə çempionu turnir üçün iştirak ərizəsini təqdim edib.

“Sabah”ın heyətində aşağı basketbolçular yer alıb:

Əlikamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Aydın İbrahimov, Tariel Yusifzadə, Ramiz Quliyev(hamısı Azərbaycan), Deandre Baldvin, Kameron Blue, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ) , Artyoms Butyankovs, Klavs Kavars (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna).

Qeyd edək ki, Rimas Kurtinaitisin rəhbərlik etdiyi kollektiv ilk oyununu Belçikada yerli “Spiru” komandası ilə keçirəcək. Həmin görüşə Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

ETOPAZ

Əvvəlki yazı

Millimiz İspaniyaya məğlub oldu

Növbəti yazı

Mövsümün azarkeş rekordu qeydə alındı