“Sabah”ın basketbolçusundan xüsusi göstərici

“Sabah”ın basketbolçusundan xüsusi göstərici

“Sabah”ın basketbolçusu Deandre Bolduin FİBA Avropa kubokunun tarixinə düşüb. 28 yaşlı amerikalı buna I turun “Spirou” ilə görüşündə (81:82) imza atıb.

O, təkbaşına 39 xal toplayıb. Deandre FİBA Avropa kubokunun tarixində 3-cü məhsuldarlığa şərik çıxıb.

Ona qədər Con Roberson (“Elan Çalon”) və Spenser Batterfild (“Nanter”) 2017-ci ilin martında, Omar Kallun Kataya (“Basket39”) 2019-cu ilin noyabrında 39 xal toplaylb.

Deandreni rekorddan iki xal ayırıb. Trey Qolden (“Baxçaşehir Kollec”) 2020-ci ilin martında 41 xal yığıb. Ona qədər isə rekord Raşaun Tomasa (“Dinamo Sassari”) məxsus olub – 40 xal.

39 və daha çox xal toplayan 6-cı basketbolçu kimi tarixə düşən Bolduin atışlarda 76 faiz dəqiqlik göstərib. 7 ribaund və 3 ötürməyə də imza atan oyunçu faydalılıq reytinqində 43 bala layiq görülüb.

Qeyd edək ki, FİBA Avropa kuboku 2015-ci ildən keçirilir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 11.10.2024

Növbəti yazı

Murad Musayev ən yaxşı seçildi