“Sabah”dan qələbə, Sumqayıtda bərabərlik

“Sabah”dan qələbə, Sumqayıtda bərabərlik

Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub. Son oyun günündə iki qarşılaşma baş tutub.

“Turan Tovuz” ”Sabah”ı qəbul edib. Qonaqların üstünlüyü ilə keçən matçda bir qol vurulub. 80-ci dəqiqədə Aleksey Kaşuk yekun nəticəni müəyyənləşdirib – 1:0.

“Sumqayıt” isə ”Qəbələ” ilə qarşılaşıb. Hesab ikinci hissədə açılıb. 74-cü dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. Meydan sahiblərinin buna cavabı gecikməyib. 5 dəqiqə sonra Todor Todorski hesabı bərabərləşdirib – 1:1.

ETOPAZ

Əvvəlki yazı

Premyer liqanın nəhəngləri 32/1 finalda üz-üzə

Növbəti yazı

A qrupunda mübarizə başa çatdı