“Sabah” qələbə ilə III təsnifat mərhələsində

“Sabah” qələbə ilə III təsnifat mərhələsində

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Sabah” avrokuboklarda ilk ev oyununa çıxıb.

Murad Musayevin baş məşqçisi olduğu komanda öz meydanında RFŞ ilə görüşüb. Latviyada 2:0 hesablı səfər qələbəsi qazanan Bakı klubu doğma azarkeşlər önündəki matçı üstünlüklə başlayıb.

Görüşdəki qollar ikinci hissəyə təsadüf edib. Baş məşqçisi texniki zonadan, futbolçusu meydandan qovulan qonaqlar azlıqda hesabı açıblar. Lakin “Sabah” bərabərlik qolunu vurub. Coy-Lens Mikels latviyalıların qapısına yol tapıb. “Bank Respublika Arena”dakı oyundakı son qol uzatma dəqiqələrinə təsadüf edib. Tribunaları sevindirən qola Emanuel Apeh imza atıb. Bu qol bakılılara 2:1 hesablı qələbə qazandırıb..

Bununla da “Sabah” avrokuboklardakı debüt mövsümündə mərhələ adlamağı bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.08.2023

Növbəti yazı

Bakı klubu üçün “Partizan”