“Səbail” son pillədən qurtuldu

“Səbail” son pillədən qurtuldu

Azərbaycan Premyer Liqasında 29-cu turun ikinci oyun günü start götürüb. Bakı derbisində “Səbail” “Sabah”ı qəbul edib.

“ASCO Arena”dakı görüşdə hesab ilk yarıda açılıb. David Qomis 29-cu dəqiqədə autsayderin azarkeşlərini sevindirib.

Məğlubiyyətdən qaçmağa çalışan “Sabah” ikinci yarıda azlıqda qalıb. Con İrasabal 59-cu dəqiqədə qırmızı vərəqə alıb.

Bundan 16 dəqiqə sonra Emmanuel Apeh penalti zərbəsi ilə hesaba tarazlıq gətirib. Amma meydan sahibləri son saniyələrdə qələbə qolunu vura bilib. Qoba Zakpa 90+5-ci dəqiqədə fərqlənib. “Səbail” bu qələbə ilə son pillədən qurtulub.

1Qarabağ28235071-1574
2Sabah29205463-2265
3Neftçi28176550-2557
4Qəbələ291091036-3639
5Zirə291081132-3938
6Turan Tovuz28771423-3828
7Kəpəz285101328-4925
8Sumqayıt28661620-5224
9Səbail29561822-4821
10Şamaxı28481623-4420

Bombardirlər: Musa Qurbanlı (“Qarabağ”) – 20 qol, Ramil Şeydayev (“Qarabağ”) – 17 qol, Coy Lens Mikels (“Sabah”) – 15 qol, Emin Mahmudov (“Neftçi”) – 14 qol

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqa klubu üçün Marş

Növbəti yazı

“Neftçi” mükafat və avrokuboklara vəsiqəni təmin etdi