Səudiyyə Ərəbistanında kütləvi ayrılıq

Səudiyyə Ərəbistanında kütləvi ayrılıq

Səudiyyə Ərəbistanında kütləvi ayrılıq baş verə bilər. Belə ki, yayda ora yollanan ulduzların bir qismi durumundan məmnun deyil.

“Əl İttihad”ın hücumçusu Kərim Benzema, “Əl Əhli”nin forvardı Roberto Firmino və “Əl İttifaq”ın yarımmüdafiəçisi Cordan Enderson ölkəni tərk etmək istəyir. Futbolçuları Səudiyyə Ərəbistanındakı iqlim, meydançaların keyfiyyəti və matçlara az sayda azarkeşin gəlməsi narahat edir.

36 yaşlı Benzemanın “Lion”a qayıdacağı, 33 yaşlı Endersonun Avropa klublarından birinə keçəcəyi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”nin yeni kapitanı bəlli oldu

Növbəti yazı

Mbappe PSJ-ni tərk edir