Ronaldodan 800-cü qol

Ronaldodan 800-cü qol

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XIV turunda “Arsenal” üzərində 3:2 hesablı qələbə qazanıb. Bu uğurda Kriştiano Ronaldo mühüm rol oynayıb. “Old Trafford”dakı qarşılaşma portuqaliyalı forvard üçün əlamətdar olub.

Dubla imza atan 36 yaşlı superulduz karyerasında 800-cü qolunu vurub. O, bu toplardan 129-na “qırmızı şeytanlar”ın heyətində imza atıb. CR7 həmçinin “Sportinq”də 5, “Real”da 450, “Yuventus”da 101, Portuqaliya millisində isə 115 qolun müəllifi olub. Forvard buna 1097 oyunda nail olub.

Qeyd edək ki, “Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo milli komandalar tarixinin, Avropa çempionatlarının və Çempionlar Liqasının bombardiridir.

ETOPAZ

Əvvəlki yazı

Yarım əsr gözlənilən çempionluq

Növbəti yazı

“Oklahoma” NBA tarixinə düşdü