Ronaldo Kasilyasın rekordunu qırdı

Ronaldo Kasilyasın rekordunu qırdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Mançester Yunayted” – “Atletiko” matçı Kriştiano Ronaldo üçün əlamətdar olub. Superulduz İspaniya millisinin və “Real”ın sabiq qapıçısı İker Kasilyasın Çempionlar Liqasındakı rekordunu qırıb.

37 yaşlı hücumçu buna İspaniya “Atletiko”suna 0:1 hesabı ilə uduzduqları 1/8 final mərhələsinin cavab görüşündə nail olub. Qarşılaşmada sonadək meydanda olan Ronaldu artıq 47-ci dəqiqədə rekordu qırıb. Həmin an portuqaliyalı forvardın ÇL-dəki 15 909-cu dəqiqəsi olub. Kasilyas isə bir dəqiqə az meydanda olub. Hücumçu turnirdə 183, qolkiper isə 177 matçda meydana çıxıb.

Qeyd edək ki, ilk matçda “Atletiko” ilə 1:1 hesablı heç-heçə edən “Mançester Yunayted” turnirlə vidalaşıb.

ETOPAZ

Əvvəlki yazı

Vidal Braziliya klubunun hədəfində

Növbəti yazı

“Böyük dəbilqə”lərdə yenilik