Ronaldo “Əl-Nəsr”də baş məşqçini dəyişə bilər

Ronaldo “Əl-Nəsr”də baş məşqçini dəyişə bilər

Kriştiano Ronaldonun “Əl-Nəsr”ə keçdikdən sonrakı planları bəlli olub. 37 yaşlı hücumçu bu gecə yerli vaxtla 23:00-da Madriddən Ər-Riyada uçacaq. Ailəsi, müşavirləri və mühafizəçiləri də onunla olacaq.

Sabah tibbi müayinədən keçəcək portuqaliyalının təqdimat mərasimi axşam saatlarında gerçəkləşəcək. Səudiyyə Ərəbistanı təmsilçisi transferini “Mosul Park” stadionunda təqdim edəcək. Ronaldo və ailəsi daimi yaşayış yeri tapana qədər Ər-Riyadın nüfuzlu otellərindən birində məskunlaşacaq.

Onun klubdakı daha bir səlahiyyəti də bəlli olub. “CBS Sports” iddia edir ki, Kriştiano baş məşqçini dəyişmək hüququna da malikdir.

Hazırda komandanı Rudi Qarsiya çalışdırır. O, vaxtilə “Lion” və “Marsel”ə rəhbərlik edib.

ETOPAZ

Əvvəlki yazı

De Yonq ayrılmağa hazırdır

Növbəti yazı

“Atletiko” Feliksin qiymətini açıqladı