“Roma”da iki dəyişiklik

“Roma”da iki dəyişiklik

“Roma” heyətində dəyişikliklər edib. İtaliya klubu bir yeni oyunçu ilə güclənib, digərini göndərib.

Paytaxt təmsilçisi “Benfika”nın sabiq qapıçısı Mile Sviları heyətinə qatıb. 22 yaşlı belçikalı yeni klubuna azad agent kimi qoşulub. Onunla 5 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi Alessandro Florensi isə “Roma”dan ayrılıb. İcarə anlaşması başa çatan futbolçu “Milan”a keçib. O, “rossonyeri” ilə 3 illik müqavilə imzalayıb.

ETOPAZ

Əvvəlki yazı

Debütant Argentina dueti arzusunda

Növbəti yazı

Ulduz hücumçu “Bruklin”dən gedir