“Roma” qapıçısını icarəyə verdi

“Roma” qapıçısını icarəyə verdi


İtaliyanın “Roma” klubunun qapıçısı Robin Olsen “Şeffild Yunayted”ə keçib. İsveçli qolkiper icarə əsasında İngiltərə təmsilçisində çıxış edəcək. Onun icarə müqaviləsi bir il üçün nəzərdə tutulub. İsveç millisinin qapıçısı 2018-ci ildə “Roma”ya transfer olunub. O, Danimarka “Kopenhagen”indən 9 milyon avroya alınıb. Onun italiyalılarla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Bredi mövsümü bitirdi

Növbəti yazı

“US Open” tarixində ilk dəfə