Reşford PSJ-nin hədəfində

Reşford PSJ-nin hədəfində

PSJ mərkəz hücumçusu axtarışlarını davam etdirir. Fransa nəhəngi bu mövqeyə Markus Reşfordu almaq niyyətindədir.

Liqa1 təmsilçisi 25 yaşlı hücumçunun keçidini 2023-cü ilin yayında həll etməyi planlaşdırır. Markusa illik 50 milyon avro maaş təklif olunacaq. O, yalnız Lionel Messi, Kilian Mbappe və Neymardan az qazanacaq.

Reşford isə hələlik gələcək karyerası barədə qərara gəlməyib. Onun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda bitəcək. Lakin klubun anlaşmanı daha bir il müddətinə uzatmaq hüququ da var.

Qeyd edək ki, Markus karyerası ərzində yalnız “Mançester Yunayted”də forma geyinib.
 

ETOPAZ

Əvvəlki yazı

Poqba bərpa prosesi keçir

Növbəti yazı

Fransa Mərakeşlə matça itkilərlə çıxacaq