Reşford 10 mövsümün rekordunu təkrarladı

Reşford 10 mövsümün rekordunu təkrarladı

“Mançester Yunayted” Premyer Liqanın 25-ci turunda “Brentford”la qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn “qırmızı şeytanlar”ın qələbə qoluna Markus Reşford imza atıb.

Bu, forvardın cari mövsüm bütün turnirlərdə vurduğu ümumilikdə 28-ci qol olub. Markus son 10 mövsüm üçün komandasının rekorduna şərik çıxıb.

Zlatan İbrahimoviç (2016/17) və Brunu Fernandeş (2020/21) eyni sayda qola sevinib. 2012/13 mövsümündə isə Robin van Persi daha çox – 30 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Puşkaşdan sonra ilk dəfə

Növbəti yazı

“Lester”in qapıçı planı