Remsidən tələb

Remsidən tələb

Aaron Remsi “Yuventus”dan getməyə razılıq verib. Uelsli yarımmüdafiəçi müqaviləsinə xitam verilməsi üçün 4 milyon avro kompensasiya istəyir.

31 yaşlı futbolçunun anlaşması 2023-cü ilin yayında başa çatacaq. İllik maaşı 7,3 milyon avro olan Remsi bunun yarıdan çox hissəsi qarşılığında getməyə hazırdır. Aaron ötən mövsümün ikinci yarısını “Reyncers”də keçirib.

ETOPAZ

Əvvəlki yazı

Rafinya “Arsenal”a keçmədi

Növbəti yazı

“Şerif”in çalışdırıcısı müəyyənləşdi