“Real”ın yetirməsi “Barselona”nın hədəfində

“Real”ın yetirməsi “Barselona”nın hədəfində

“Tottenhem”in müdafiəçisi Serxio Requlyon bir neçə Avropa klubunun maraq dairəsinə düşüb. Sabiq “Real”lı, xüsusən də, “Barselona”nın transfer gündəmindədir.

Həmçinin “Real” özü də 25 yaşlı oyunçunu geri satınalma müqaviləsindəki müvafiq bənddən yararlanaraq, yayda onu 40 milyon avroya qaytarmağın mümkünlüyünü araşdırır. Sol cinah müdafiəçisi “Real”a dönəcəyinə, yoxsa əzəli rəqib “Barselona”ya keçəcəyinə mövsümün sonuna qədər qərar verməli olacaq.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Serxio Requlyon bu mövsüm bütün turnirlərdə 24 oyunda 2 qol vurub, 3 assist edib.

ETOPAZ

Əvvəlki yazı

Neymara İngiltərədən fantastik təklif

Növbəti yazı

“Qarabağ”dan böyükhesablı qələbə