“Real”ın İkardi planı

“Real”ın İkardi planı

“Qalatasaray”ın futbolçusu Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər. Zədəli futbolçuların çoxluğundan əziyyət çəkən Madrid “Real”ı gözünü İstanbul klubunun hücumçusuna dikib.

Viniçius Juniorun 2,5 aylıq sıradan çıxmasından sonra 30 yaşlı argentinalı forvard “Kral klubu”nun hədəfinə düşüb. Hətta türklərlə danışıqlara başlamağı planlaşdıran “Real” Mauronun transferi üçün 15 milyon avro ödəməyə hazırdır. Ancaq Super Liqa təmsilçisinin həm avrokubok, həm də daxili çempionatda əsas qol silahı olan İkardini satacağı real görünmür.

Qeyd edək ki, cari mövsüm 20 qarşılaşmada 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Mauronun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin yayında bitəcək.

ETOPAZ

Əvvəlki yazı

Pley-offun cütləri dəqiqləşdi

Növbəti yazı

“Makkabi” – “Renn” matçının yeri dəyişdirildi